Əliyar Ağayev Mahir Emrelinin matçında

26.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

FIFA hakimi Əliyar Ağayev növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rakuv” (Polşa) – “Hayduk Split” (Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. İngiltərəli Piter Benks VAR, digər referimiz İnqilab Məmmədov isə VAR köməkçisi kimi fəaliyyət göstərəcək.

Görüş avqustun 27-si Çenstoxova şəhərində yerləşən “Rakuv” stadionunda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli "Rakuv"da çıxış edir.

LASK tarixində ilk dəfə ÇL-də - YENİLƏNİB Tahir Gözel: “Sabah”ı ürəkdən təbrik edirəm” Valdas Dambrauskas: “Qələbəni xüsusi qeyd edəcəm” “Sabah”dan tarixi GÖSTƏRİCİLƏR Ran Kojuk: “Futbolda belə hallar olur”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью