Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb

16.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunda A Liqasının 3-cü qrupunda keçiriləcək Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaqlar.

Qeyd edək ki, noyabrın 19-da Zenitsa şəhərindəki “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью