Əliyar Ağayev Moyze Kini meydandan qovdu

22.08.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) oyununu idarə edib.

QOL.az xəbər verir ki, ötən gecə keçirilən matç "Fiorentina"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev matçın 44-cü dəqiqəsində İtaliya millisinin də üzvü olan “Fiorentina”nın futbolçusu Moyze Kinə qırmızı vərəqə verib. Həmin epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib. Əliyar Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub.  Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью