Əliyar Ağayev Niderland millisinin oyununa təyinat aldı

16.11.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

"Unikal" xəbər verir ki, o, Millətlər Liqasının A Divizionunun 3-cü qrupunda Bosniya və Herseqovina ilə Niderland yığmaları arasında keçiriləcək VI tur oyununun baş hakimi olacaq.

Referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polye” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью