Əliyar Ağayev Niderland yığmasının matçında

16.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina-Niderland oyununun baş hakimi olacaq.

“Qafqazinfo” xəbər verir ki, matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. Oyunun VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью