Əliyar Ağayev Niderland yığmasının matçında Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

16.11.2024

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina-Niderland oyununun baş hakimi olacaq.

AZXEBER.COM xəbər verir ki, matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. Oyunun VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən "Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью