Əliyar Ağayev təkbaşına həmkarları qədər qırmızı göstərib STATİSTİKA

11.11.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında 11 tur geridə qalıb. Keçirilən 65 oyunda ("Sabah" - "Qarabağ" görüşü təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Elçin Məsiyev, Tural Qurbanov, Rauf Cabarov, Rəşad Əhmədov və Nicat İsmayıllı iş başında olublar.

Hakimlər Komitəsi Qurbanova ardıcıl üçüncü tur təyinat verib. Nicat İsmayıllı isə cari mövsümdə ikinci dəfə baş hakim kimi güvənilib.

Beləliklə, oyun sayına görə Əliyar Ağayev vahid liderdir. Yeddi dəfə baş hakim olan Ağayevi hesabında 6 oyun olan Elçin Məsiyev, Fərid Hacıyev, Cavid Cəlilov və Tural Qurbanov təqib edir. On bir turda Elvin Bayramovla Nicat İsmayıllı hamıdan az - cəmi 1 dəfə iş başında olublar.

On birinci turda hakimlər cəmi 36 vərəqədən istifadə ediblər ki, bunun 1-i "qırmızı" olub. Yenə Əliyar Ağayev "fərqlənib". Bu mövsüm 4 dəfə qırmızı vərəqəyə əl atan FİFA referisi nəhayət, ilk dəfə qonaq komandanın üzvünü meydandan qovub. Hakimlər 36 vərəqədən 16-nı meydan sahiblərinin, 20-ni qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 11 turun yekununda bu rəqəmlər müvafiq olaraq "264" və "8" olub. Nəticədə ümumi vərəqə sayı 272-yə çatıb. Bu da hər oyuna orta hesabla 4,18 vərəqə deməkdir. 

On bir tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 37 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Başqa sözlə, Ağayev təkbaşına digər həmkarları qədər futbolçunu meydandan qovub.

Onu 1-i qırmızı olmaqla, 27 vərəqədən yararlanan Tural Qurbanov təqib edir. Elçin Məsiyev isə 25 vərəqə ilə ilk "üçlüy"ü qapayır.

Əliyar Ağayev - 7 oyun

meydan sahibi    15 sarı 3 qırmızı 
qonaqlar             18        1
cəmi:                   33       4

Tural Qurbanov - 6 oyun

meydan sahibi 13    1
qonaqlar    13    0
cəmi:    26    1

Elçin Məsiyev - 6 oyun

meydan sahibi    12    0
qonaqlar             13    0
cəmi:                   25   0

Fərid Hacıyev - 6 oyun

meydan sahibi   16   0 
qonaqlar             6    0
cəmi:                  22  0

Cavid Cəlilov - 6 oyun

meydan sahibi    9      0
qonaqlar             12    0
cəmi:                   21    0

Kamal Umudlu - 5 oyun

meydan sahibi    11    2
qonaqlar    10    0
cəmi:    21    2

Rəşad Əhmədov - 5 oyun

meydan sahibi    9    0
qonaqlar    18    0
cəmi:   27    0

Rəvan Həmzəzadə - 5 oyun

meydan sahibi    9    0
qonaqlar    10    0
cəmi:    19    0

Rauf Cabarov -  5 oyun

meydan sahibi    6    0
qonaqlar    8   1
cəmi    14    1

İnqilab Məmmədov -  4 oyun

meydan sahibi  6   0
qonaqlar    11    0
cəmi:    17    0

Əli Əliyev - 3 oyun

meydan sahibi  5    0
qonaqlar    6    0
cəmi:   11    0

Kamranbəy Rəhimov - 3 oyun

meydan sahibi  5    0
qonaqlar    6    0
cəmi:   11    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    6    0
cəmi:    10    0

Elvin Bayramov - 2 oyun

meydan sahibi  6    0
qonaqlar    1    0
cəmi:    7    0

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью