Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FİFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində Niderlandın NEK və Bolqarıstanın “Levski” (Sofiya) komandaları arasında keçiriləcək II tur qarşılaşmasını idarə edəcək.
Ə. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Görüş oktyabrın 15-də Neymegen şəhərindəki "Qoffert" stadionunda təşkil olunacaq.
Babək Quliyevə UEFA-dan təyinat Günün canlı yayımlanacaq matçları - TV AFİŞA “Qalatasaray” – “Barselona” matçına italiyalı hakim “Sabah”ın Çempionlar Liqası matçı avstriyalılara həvalə olunub Azərbaycan millisi “Antalyaspor”u məğlub edib