Əliyar Ağayev UEFA Avropa Liqası matçını idarə edəcək

26.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Macarıstanda yerli "Ferentsvaroş" və İsveç təmsilçisi "Malmö" arasında keçiriləcək V turun matçını idarə edəcək.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Noyabrın 28-də Budapeşt şəhərində yerləşən "Ferentsvaroş" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью