Əliyar Ağayevə etimad

14.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti nüfuzlu təyinat alıb.

Futbolpress.az xəbər verir ki, təcrübəli FIFA referimiz UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Qazaxıstan – Slovakiya qarşılaşmasının baş hakimi olacaq.

Noyabrın 16-da Astanadakı “Astana Arena”da baş tutacaq matçda Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. Görüşün VAR otağında avstriyalı Alan Kiyasla yanaşı, soydaşımız Nicat İsmayıllı əyləşəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью