Əliyev bunu edə bildi, artıq ABŞ də razılaşıb Melkonyan | Icma.az
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsi ilə bağlı beynəlxalq konsensus yarada bilib.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Analitik Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistana qarşı irəli sürdüyü bəzi tələbləri sadalayıb: - ATƏT-in Minsk Qrupunun buraxılması, - Ermənistanın ayrı-ayrı ölkələrdən silah alışını dayandırması və aldıqlarını da geri qaytarması, - Zəngəzur dəhlizinin açılması, - Ermənistan konstitusiyasının dəyişdirilməsi, - Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması, - Azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan) qaytarılması.
“Ermənistan faktiki olaraq bu tələblərdən birini yerinə yetirməyə hazır olduğunu göstərib.
Ermənistan 2027-ci ildə konstitusiyanın dəyişdiriləcəyini bəyan edib. Aİ müşahidə missiyası məsələsi də faktiki gündəmdədir”, - o bildirib.
Zəngəzur dəhlizi məsələsinə gəlincə, Melkonyan qeyd edib: “Əliyev dəhliz ətrafında beynəlxalq konsensus yarada bilib.
Gördük ki, Azərbaycan Rusiyanı bu gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar üçün faydalı olduğunu göstərir.
Tam oxu
Xəbəri oxu