Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət T
Ekspertlər sözügedən müsahibə ilə bağlı nə düşür? Hansı məqamlar diqqət çəkir?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Prezidentin müsahibəsində ən diqqətçəkən məqam “bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur” sözləridir: “Bu, hər iki dövlətin mənafeyinə uyğundur.
Yəni münasibətlərin inkişafına həm Azərbaycan, həm də Rusiya töhfə verir.
Digər tərəfdən, Azərbaycan və Rusiyanın ortaq tarixi əlaqələri mövcuddur.
Regional əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və sabitliyə böyük töhfədir.
Azərbaycan və Rusiyanın qonşu dövlətlər olması Moskvada azərbaycanlıların yaşayaraq mühüm işlər görməsi, iki dövlətin iqtisadi, mədəni əlaqələrinin dirçəldilməsi baxımından xüsusi əhəmiyyətlidir.
Zeynal Əmrəliyev İlham Əliyevin Rusiya telekanalına müsahibəsində səsləndirdiyi fikirlər iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətlə irəlilədiyini göstərir.