“Əliyev Ermənistanı ələ keçirəcək” Bozoyan

26.05.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

“Bölgəmizdə, Yaxın Şərqdə, daha böyük Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı addımlar atacaq. Bakı İrəvanı birnəfəsə udacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu politoloq Yervand Bozoyan iddia edib.
Onun sözlərinə görə, Ankarada keçirilən konfrans zamanı Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı çıxışı bunun təzahürlərindən biridir. “Əliyevin Ermənistana heç bir ərazi iddiası yoxdur. Onun bütün Ermənistana iddiası var və biz bu vəziyyətdə qalsaq, onu ələ keçirəcək”.
Bozoyan qeyd edib ki, əgər erməni xalqı birləşə bilməsə, Ermənistan Azərbaycanın yeminə çevriləcək.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью