Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü daha gur səslə dəstəkləməsi, ukrayn
1990-cı illərin sonunda təsis edilən təşkilat son illər passivləşib.
Təşkilatın baş katibliyi Kiyevdə yerləşsə də, il ərzində inteqrasiyanı gücləndirəcək toplantılar keçirilmir.
Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu qeyd edib.“GUAM-ın 2006-cı il tarixində Kiyevdə keçirilən zirvə toplantısı zamanı təşkilatın adı "Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat” kimi dəyişdirilib.
Kiyevdəki həmin toplantıda azad iqtisadi zona barədə saziş də imzalanmışdı.
20 ildə bölgədə baş verən müxtəlif hadisələr, hakimiyyət dəyişiklikləri, xarici və təhlükəsizlik siyasətlərində fərqli çalarlar GUAM çərçivəsində qəbul edilən qərarların reallaşmasına mane oldu, inteqrasiya sürətlənmədi.
Ancaq bölgədəki son hadisələr fonunda GUAM-ın yenidən fəallığını artırmasının aktuallığı artıb.
Rusiya GUAM üzvlərindən Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Azərbaycan və Moldova ilə münasibətlərini xeyli gərginləşdirib, bircə Gürcüstan hökumətiylə münasibətlərində ciddi problemi yoxdur, ancaq bu ölkənin ictimaiyyətinin də Kremlin siyasətinə münasibəti mənfidir.