Əliyev Kobaxidzeyə zəng edib Strateji tərəfdaşlıq müzakirə olundu

25.09.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, gürcü xalqına isə rifah arzulayıb. Gürcüstanın Baş naziri göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Telefon danışığı zamanı Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. 

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью