Əliyev sadə yolla Qərbə hər şeyi başa saldı Boçorişvili | Icma.az
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinə və Avropa Komissiyasına çox sadə yolla hər şeyi başa saldı.
Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda qeyd etdi ki, Orta Dəhlizdən danışarkən, ilk növbədə, xəritəyə nəzər salmaq kifayətdir.
Axar.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində deyib.
“Prezident İlham Əliyev Avropa Birliyi və Avropa Komissiyası rəhbərlərinin diqqətinə çatdırdı ki, dəhlizdən danışarkən, ilk növbədə bu dəhlizin hara getdiyini görmək üçün xəritəyə baxmaq lazımdır.
Əgər xəritəyə baxıb oradakı ölkələri görürsənsə, təbii ki, həmin ölkələri qeyd etmədən və bu dəhlizdən danışdığın dövlətlərlə münasibətlərə baxmadan dəhlizdən danışmaq mümkün deyil.
Təbii ki, Azərbaycan prezidentinin yanaşması çox düzgün yanaşmadır”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan da Azərbaycan kimi bu dəhlizdə mühüm rol oynayan iki mühüm ölkədən biridir.
Tam oxu
Xəbəri oxu