“Əliyev və Tokayevlə bu problemi müzakirə edirik” Putin

03.12.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Kasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizinin dayazlaşması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir.

 Bakıvaxtı.az xəbər verir ki, Putinin sözlərini “RİA Novosti” sitat gətirib:

“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev - red.) bu barədə danışırdı, indi Qazaxıstanda Kasım-Jomart Kemeleviç (Tokayev - red.) da məsələ qaldırır. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью