Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 19
Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda suala cavabda deyib.
Prezident təəssüflə bildirib ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq: "Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik.
Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər.
Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir:.
“Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək.
Xoşbəxtlikdən, pilotlar cəsarət, şücaət və peşəkarlıq nümayiş etdirdilər.