Əliyevalar Məhəmməd Yunusla görüşdülər KONKRET | Icma.az
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərinə səfər ediblər.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 7-də Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri, dünya şöhrətli iqtisadçı, Nobel Sülh Mükafatı laureatı professor Məhəmməd Yunusla görüşüblər.
Görüşdə Prezident İlham Əliyevin ən səmimi salamları Baş müşavir M.Yunusa çatdırılıb.
Onun sonuncu dəfə 2024-cü ilin noyabrında COP29-da iştirak daxil olmaqla, müxtəlif illərdə Azərbaycana çoxsaylı səfərlər etdiyi, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşdüyü və ölkəmizdə hər zaman xoş qarşılandığı vurğulanıb.
Azərbaycanın Banqladeşlə daima dostluq əlaqələrinə malik olduğu, müxtəlif formatlarda uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Məhəmməd Yunusa Leyla Əliyevanın və Arzu Əliyevanın Dəkkədə fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz uşaqlar üçün müəssisəni ziyarət etdikləri barədə məlumat verilib.
Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin Banqladeşin müvafiq təşkilatları ilə birgə humanitar, sosial, gənclər və könüllülər, ətraf mühit və təbiətin mühafizəsi kimi sahələrdə əməkdaşlıqda, həmçinin birgə layihələr həyata keçirməkdə maraqlı olduğu qeyd edilib.
Tam oxu
Xəbəri oxu