Əliyevdən Trampa: Buna əminəm...

15.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fikirlərini ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda ifadə edib.

"Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik", - Azərbaycan Prezidenti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью