Əliyevin Qalibafı qəbul etdiyi bir vaxtda Azərbaycan KİV lərinə hücum nəyə hesablanıb?: “B…
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda bir neçə sayta, o cümlədən “Report” İnformasiya Agentliyinə kiberhücum olub. Hazırda saytlara girişdə problem yaranıb.
Report İnformasiya Agentliyinə daxil olduqda xüsusi səhifə açılır. Burada Qurandan ayə yerləşdirilib.
Bəs görəsən, bu kiberhücümun həyata keçirilməsində məqsəd nədir?
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi fonunda belə bir hücumun həyata keçirilməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Faiq Ələkbərli bildirdi ki, İran hakerlərinin ölkəmizə qarşı təxribatı ilk dəfə deyil həyata keçirilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bizə müxtəlif yollar və vasitələrlə problem yaradıblar.
Özlərinin radio və televiziya dalğalarını Azərbaycanda yaymağa çalışıblar. Zaman-zaman bu məsələ ön plana çıxıb.
Ancaq Azərbaycan Respublikasının Prezidenti İran İslam Respublikasının nümayəndəsini qəbul edən zaman bu hadisənin baş verməsi ilə diqqəti cəlb etmək istəyirlər.
Tam oxu
Xəbəri oxu