Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Telefon zəngi təbrik məqsədli olsa da, bir sıra məqamlar diqqət çəkir: Birincisi, dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq.
Tramp Baydendən fərqli olaraq emosional, lakin praqmatik siyasətçidir. ABŞ-ın fərqli regionlardakı varlığını gərəksiz hesab edir.
Əslində həm də buna görə onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür.
Rəsmi Bakı Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi.
Təsadüfi deyil ki, erməni lobbisi əsasən buna görə Baydeni dəstəkləyir.