Icma.az bildirir, Axar.az portalına istinadən. İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhət
Axar.az xəbər verir ki, qonaq şəhərin Baş planı ilə tanış olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.
Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək, viran qoyulub.
Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş Planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib.
Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir.
Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur.
Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, Şəhər Parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək.