Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələ önəmlidir.
Birincisi, İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir.
Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir.
Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub. 1.
44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı; 2.
İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektilər vəd edir.
İğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq.
Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur.