Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrn 12-də Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub.
“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.
Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.