Əliyevlə Paşinyan Ağ Evdə bu sənədi imzalayacaq “Kommersant”

06.08.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ lideri Donald Trampın iştirakı ilə keçirəcəkləri görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq niyyəti haqqında memorandum imzalayacaqları gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə “Kommersant”da nəşr olunan geniş yazıda bildirilib.

“Bu, hüquqi qüvvəyə malik sənəd deyil, lakin Ağ Ev bunu böyük diplomatik uğur kimi təqdim edə bilər”, - məqalədə iddia edilib.

Qeyd edək ki, 8 avqustda Ağ Evdə Prezident Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşü olacaq.

Asena,

Bakupost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью