Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 noyabr, AZƏRTAC
Məşhur avstriyalı rəssam Qustav Klimtin “Elizabet Ledererin portreti” adlı tablosu Nyu-Yorkda keçirilən hərracda rekord qiymətə - 236,4 milyon dollara satılıb.
AZƏRTAC xəbər verir ki, “Sotheby's” satış evinin X sosial şəbəkəsində dərc etdiyi məlumata görə, bu tablo indiyədək hərracda satılan ən bahalı müasir incəsənət əsəri olub.
Rəsmdə Klimtin yaradıcılığını dəstəkləyən varlı himayədarların qızı Elizabet Lederer təsvir edilir. Gənc qadının portreti tipik naxışlarla bəzədilmiş yüngül bayram paltarında çəkilib.
Məşhur rəssam Pablo Pikassonun unikal tablosu isə oktyabr ayında Parisdə keçirilən hərracda 37 milyon dollara satılıb. 1943-cü ilin iyulunda çəkilmiş “Papaqlı, çiçəkli qadının büstü (Dora Maar)” adlı həmin əsər 1944-cü ildən bəri şəxsi kolleksiyada saxlanılırdı.