Əlizadə Türkiyədən deport olunmasından danışdı: “Ləğv edin”

04.08.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı reper Asya Əlizadə Türkiyədən deport olunması ilə bağlı yenidən diqqət çəkən açıqlamalar verib.

Axşam.az xəbər verir ki, sənətçi qatıldığı müsahibədə Türkiyə, dinləyiciləri və hətta tantuni üçün çox darıxdığını deyib.

Əlizadə deport qərarının ləğv olunmasını istəyərək bunu zarafatla belə ifadə edib:

“Artıq yaxşı qız olacağam, bütün tverk videolarımı siləcəyəm. Sizə mən nə etdim? Xahiş edirəm, bu deport qərarını ləğv edin”.

Səmimi və yumor dolu açıqlamaları ilə diqqət çəkən reper Türkiyəyə yenidən qayıdacağı günü səbirsizliklə gözlədiyini də vurğulayıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью