Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) məhkum üzvü Əlizamin Salayev aclığı dayandırıb.
Bu barədə “Qafqazinfo”ya Penitensiar Xidmətdən məlumat verilib.
Xidmətdən bildirilib ki, məhkum 5 gün əvvəl başladığı aclıq aksiyasını dayandırdığını bəyan edib.
Qeyd edək ki, Ə.Salayev ötən ilin mayında xuliqanlıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.