Əlləri teztez yumağın ZƏRƏRİ

15.11.2024

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Əllərinizi tez-tez yumaq dəriyə zərər verir və hətta gələcəkdə xərçəngin inkişafına da gətirib çıxara bilər.

Bu xəbərdarlıqla tibb elmləri namizədi, dermatoloq İrina Skoroqudaeva çıxış edib.

Həkimin sözlərinə görə, sabun dərini zədələnmədən və zərərli elementlərin udulmasından qoruyan lipid təbəqəsini məhv edir.

“Sabunun tərkibində kifayət qədər sərt yuyucu maddələr var. Bunlar köpük yaradan maddələrdir. Yuyucu maddələr dəriyə zərər verir və bədən üçün arzuolunmaz mayenin orqanizmə keçməsinə səbəb olur. Ona görə dəridə olan qoruyucu səddi pozmaq tövsiyə edilmir”, - deyə dermatoloq bildirib.

Dermatoloq yalnız buna əhtiyac yarananda əlləri yumağı məsləhət bilir.

Mütəxəssis həmçin sabunu seçərkən diqqətli olmağı, tərkibi təbii yağlardan ibarət sabunları almağı tövsiyə edir.

Mənbə: M24.ru

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью