Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvada yaşayıb-yaradan azərbaycanlı xanım: “Bəzən evdəkilər məndən bezirlər...” Bu xanım Azərbaycanın Qazax rayonunda dünyaya göz açıb.
Hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. Peşəsi təbabət, sevgisi ədəbiyyatdır.
Beləliklə, AYNA-nın həmsöhbəti həkim kosmetoloq və şair Badisəba Nəsibovadır: - Mən 1985-ci ildə Qazaxda anadan olmuşam, orada böyümüşəm, orta təhsil almışam.
Sonra Bakıda ali təhsil aldım və ailə qurduqdan sonra Rusiyanın Moskva şəhərinə köçdüm. Artıq 14 ildən çoxdur ki, burada yaşayıram.
Azərbaycanda filologiya fakultəsini bitirmişəm, bura köçdükdən sonra tibb sahəsi üzrə təhsil almışam və kosmetologiya oxumuşam.
Hazırda həkim kosmetoloqam və 8 illik təcrübəm, 50-dən çox müxtəlif diplom və sertifikatım var. - Qürbətdə yaşamaq necə bir hissdir?
- Əlbəttə, çətindir - vətən həsrəti çəkirsən. Bəzən çox darıxıram Azərbaycan üçün.