Əllərində qırışlar olanlar bunları etsin | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xüsusən soyuq havalarda mütəmadi olaraq su ilə təmasda olan əllərin dərisi yaşa bağlı olmadan qırışmağa, qurumağa və çatlamağa başlayır.
Əlin səthində yaranan kobud və qırışmış dərini müalicə edə biləcəyiniz üsullarını sizə təqdim edirik.
Banan maskası Banan A, B və E vitaminləri, yod, sink, dəmir, kalium və maqnezium kimi minerallarla zəngindir.
Bu vitaminlər və minerallar dərini cavanlaşdırmağa və qırışları aradan qaldırmağa kömək edir.
Bananı südlə birlikdə əzin və əllərinizə çəkin. Maska tam quruyana yaxın su ilə yuyun.
Daha yaxşı nəticələr üçün avokado, bal və bananı birləşdirə bilərsiniz.
Ananas Ananas tərkibindəki C vitamini sayəsində qırışların aradan qaldırılmasında təsirlidir. O, həmçinin dərini nəmləndirir və gücləndirir.
Tam oxu
Xəbəri oxu