Elm adamları arı ipəyindən cərrahiyyə üçün şəffaf pərdə hazırladılar

13.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-nin Yuta Ştat Universitetinin laboratoriyasında Oran Vasserman və onun rəhbərlik etdiyi tədqiqat qrupu elm tarixində ilk dəfə arı ipəyindən xüsusi qoruyucu pərdə hazırlayaraq bu unikal materialın praktiki tətbiqi istiqamətində mühüm addım atıblar. Alimlər araşdırma zamanı müəyyən ediblər ki, mavi bağça arısının baramaları təkcə yüksək fiziki dözümlülüyü ilə seçilmir, həm də sürfəni xarici parazitlərdən qoruyur, daxildə ideal qaz mübadiləsini təmin edir və rütubəti sabit saxlayır. 

Tədqiqatçılar sürfələrə heç bir zərər vurmadan, onların ipək toxuduğu xüsusi anda lifləri əldə etmək üçün 3D printerdə çap olunmuş süni yuvalardan istifadə edərək həşəratları yaxından izləyən zərərsiz bir toplama metodu hazırlayıblar. Mütəxəssislər molekulyar biologiya üsullarından istifadə edərək müvafiq genləri mikroorqanizmlərə köçürüblər və bununla da həmin mikrobların arı ipəyi zülallarını sintez etməsinə nail olublar. Əldə edilən xüsusi zülallardan (fibroinlərdən) dünyada ilk dəfə olaraq tam şəffaf və yüksək dözümlü pərdələr tökülərək sınaqdan keçirilib. 

Arı ipəyi öz elastikliyi, mikrobəleyhinə xüsusiyyətləri, hava keçirmə qabiliyyəti və deşilməyə qarşı dözümlülüyü sayəsində müasir təbabətdə, xüsusən də cərrahiyyə saplarının və süni toxuma yetişdirilməsi üçün bioloji karkasların hazırlanmasında əvəzedilməz rol oynaya bilər. Hazırda alimlər arı ipəyini dərinliklərdə yaşayan miksin balığının seliyindən əldə edilən və möhkəmliyinə görə hörümçək toruna bənzəyən zülal lifləri ilə birləşdirmək istiqamətində təcrübələr aparırlar. Hər iki materialın zülal əsası oxşar olduğundan, onları qarışdırmaqla gələcəkdə daha mükəmməl xüsusiyyətlərə malik tamamilə yeni və ekoloji cəhətdən təmiz materiallar sinfi yaratmaq mümkündür.

Hazırladı: 
Arzu ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью