Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) dünən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirib.İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.
Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar.
Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.
Maraqlıdır, magistr pilləsinə qədər onlarla imtahan vermiş tələbə ciddi yoxlanışın olduğunu bilə-bilə niyə hələ də bu cür yollara əl atır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu kimi neqativ halların yaşanması xoşagələn deyil.
Ekspert qeyd edib ki, magistratura pilləsi ixtisasın gələcəkdə tədqiqat işlərini davam etdirmək, elmlər namizədi, elmlər doktoru adlarını almaq uğrunda bir pillədir.
Onun sözlərinə görə, bəzi hallarda oğlan bakalavrlar bir növ hərbi xidmətə yubanmaq, möhlət almaq naminə magistr təhsili almağa üstünlük verirlər: “Düşünürəm ki, bu, yanlış düşüncədir.