Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sovet dönəmində alimə, professora çox böyük hörmət vardı. Hətta ali məktəblərin birində işləyən müəllimlə tanış olan adam bunu özünə şərəf bilərdi.
Çünki ali məktəb müəllimi raykomun birinci katibi qədər, prokuror qədər, hakim qədər hörmətli idi. Ən azından ona görə ki, cəmiyyət ali məktəb müəlliminə, alimə, elmlər doktoruna, elmlər namizədinə , professora çox böyük dəyər verirdi. Amma müstəqillik dövründən sonra alim də, ali məktəb müəllimi arxa plana keçdi. Yəni ali məktəb müəlliminin, alimin bir o qədər də nüfuzu qalmadı. Və bu gün elm arxasınca gedənlər maddi sıxıntı içində yaşayırlar.
Onlar aldıqları əməkhaqqı ilə mənzil ala bilmir, avtomobilə həsrətlə baxırlar.Təbii ki, belə çətin iqtisadi durumda onlar özlərinə normal həyat qura bilmirlər. Onların bir ildə qazandığı pulu ortabab bir müğənni bir toyda əldə edir. Bax buna görə də, elm arxasınca gedənlər bu gün azalıb. Hələ biz onlara edilən haqsızlığı , təzyiqi demirik.
Əgər adamın, arxan, güvənc yerin yoxsa, vəziyyətin bir qədər də gedəcək. Təzyiqlərə məruz qalan istedadlı gənclər isə ölkəni tərg edib gedirlər. Yəni beyin axını başlayır. Bunun qarşısının almağın yeganə yolu elmə , istedadlı gənclərə diqqəti artırmalı, bu sahəyə böyük məbləğdə vəsait ayrılmalıdır! Eləcə də istedadlı gənc alimlərə hər cür şərait yaradılmalı, onların əməkhaqları artırılmalı və bu insanlar mənzillə təmin olunmalıdır!!!
Emil Faiqoğlu