Elm dünyası şokda: Yeni orqan kəşf edildi

04.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alimlər kəllə sümüyünün daxilində beyni xəstəliklərdən qoruyan yeni müdafiə mərkəzi kəşf ediblər.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin Vaşinqton Universitetində aparılan araşdırma bu strukturun beyin üçün bir növ “təhlükəsizlik məntəqəsi” kimi fəaliyyət göstərdiyini ortaya qoyub.

Siçanlar üzərində aparılan təcrübələr zamanı bu mərkəzlər beyin şişini orqanizmin digər müdafiə sistemlərindən daha tez aşkar edərək dərhal reaksiyaya girib.

Tədqiqatçılar insan kəllə sümüyündə də oxşar hüceyrələr müəyyən ediblər. Kəşf göstərir ki, beyin orqanizmin immun sistemi ilə düşünüldüyündən daha sıx əlaqədədir.

Alimlərin fikrincə, bu strukturun daha dərindən öyrənilməsi gələcəkdə beyin xərçəngi, Alzheimer və digər neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni üsulların hazırlanmasına töhfə verə bilər.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью