Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyulun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 47 483 vətəndaş müraciəti daxil olub.
“Cebheinfo.az” xəbər verir ki, müraciətlərin 7 558-i elektron qaydada, 1655-i yazılı formada, 32 235-i çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 035 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
Daxil olan müraciətlər əsasən müəllimlərin işə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, müəllimlərin iş yerinin dəyişdirilməsi, I sinfə şagird qəbulu və digər təhsil məsələləri ilə bağlı olub.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin