Elm sahəsində 114 milyon dollarlıq maliyyə pozuntusu aşkar edilib

11.11.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Qazaxıstanda elm sahəsində 51 milyard tenge (114 milyon dollar) məbləğində maliyyə pozuntuları, eləcə də 47 milyard tenge məbləğində vəsaitin səmərəsiz planlaşdırılması və istifadəsi aşkar edilib.
Newscenter.az Kazinform-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikası Ali Audit Palatasının sədri Əlixan Smailov məlumat verib. Kurultayın plenar iclasında çıxışı zamanı o bildirib ki, Qazaxıstan Respublikasının Ali Audit Palatası elmdə dövlət vəsaitlərinin və aktivlərinin səmərəliliyinin dövlət auditini başa çatdırıb.
"36 iş üzrə materiallar inzibati məsuliyyətə cəlb edilmək üçün səlahiyyətli orqanlara göndərilib. Digər üç iş üzrə isə audit materiallarının hüquq-mühafizə orqanlarına verilməsi barədə qərarlar qəbul edilib",-deyə Smailov bildirib.
Əlixan Smailovun sözlərinə görə, audit elmi layihələrin maliyyələşdirmə mexanizmlərində çatışmazlıqlar aşkar edib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью