Elm və təhsil naziri: 600 məktəbdə 40 dan çox şagird təhsil alır

14.09.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Siniflərin 99 faizində şagird sayı 40 nəfərdən aşağıdır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda ümumilikdə təxminən 80 min sinif mövcuddur. Onun sözlərinə görə, 40-dan çox şagirdin təhsil aldığı siniflərin sayı cəmi 600-dür və bu, bütün siniflərin 1 faizindən də azını təşkil edir.
Emin Əmrullayev vurğulayıb ki, bu göstəricilər nəzərə alınaraq, şagird sıxlığı Azərbaycan təhsil sisteminin ən böyük problemi hesab edilə bilməz. (apa)
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью