Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək

03.02.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 21-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 13 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью