Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək qeydiyyat başlanıb

02.11.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 noyabr, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 27-də Ağstafa şəhərində Ağstafa, Qazax və Tovuz rayonları sakinlərinin müraciətlərini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 18-i saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-11 nömrəli telefonuna (yalnız iş günləri və saatlarında) zəng etmək, nazirliyin rəsmi saytının⁠ müvafiq bölməsi vasitəsilə elektron müraciət göndərmək və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.

Qeyd olunub ki, qəbulda iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью