Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

01.05.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Elm və təhsil naziri Emin Əmrullayev 30 may tarixində Astara şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 13 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью