Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

01.04.2025

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elm və təhsil naziri Emin Əmrullayev Sabirabadda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, aprelin 18-də baş tutacaq qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью