Elm və təhsil naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

04.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 27-də Sumqayıt şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbulda Sumqayıt, Abşeron, Xızı və Qubadlı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının müvafiq bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью