Elm və təhsil naziri TDT nin Baş katibi ilə görüşüb

09.06.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elm və təhsil naziri Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu iclası çərçivəsində TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Türk dünyasında ümumi və ali təhsil sahələrində birgə proqram və təşəbbüslərin həyata keçirilməsi, eləcə də Nazirlər iclası çərçivəsində qəbul olunmuş əsas qərarlar müzakirə edilib. Tərəflər həmçinin TDT çərçivəsində təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью