Elm və təhsil naziri: Xankəndidə ikinci məktəbin açılmasını planlaşdırırıq

13.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərimizdə 20 təhsil müəssisəsi, 2300 şagird var. Həmçinin 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin mükafatlandırılma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev söyləyib.

“2026-cı ilə qədər yeni təhsil müəssisələrini görəcəyik. Xankəndidə 4 nömrəli məktəb demək olar ki, tam dolub. Ona görə də növbəti ildə ikinci məktəbin açılmasını planlaşdırırıq”, - deyə nazir bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью