Elm və təhsil naziri Zərdabda vətəndaş qəbulu keçirəcək AZƏRTAC

06.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 yanvar, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 24-də Zərdab şəhərində vətəndaş qəbulu keçirəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir sakinləri iştirak edə bilərlər.

Həmin şəhər və rayonların sakinləri yanvarın 16-sı saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us  bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью