Elm və Təhsil Nazirliyi 4 milyon manata ağac peleti alacaq

15.10.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Təhsil müəssisələrinə alternativ yanacaq vasitələrinin satınalınması" müsabiqəsinə yekun vurub.

Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, 3 766 560 manat dəyərində olan tenderin qalibi "SİMPLEX" Qapalı Səhmdar Cəmiyyəti olub.

Şərtlərə görə, şirkət 5.600 ton ağac peleti tədarük etməlidir.

Qeyd edək ki, ağac peleti - bərk bioyanacaq növü olub, əsasən təmizlənmiş ağac qırıntıları, talaş və budaqlardan hazırlanır.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью