Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

16.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyindəki qurumlara ümumilikdə 27 min 97 vətəndaş müraciəti daxil olub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərin 4609-u elektron qaydada, 1700-ü yazılı formada, 16 min 014-ü çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, vətəndaş qəbulları zamanı 4774 müraciət qeydə alınıb.

Daxil olan müraciətlər əsasən şagirdlərin elektron yerdəyişməsi, olimpiada və müsabiqələr, təhsil tələbə kreditinə elektron müraciət, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью