Elm və Təhsil Nazirliyinə 41 437 vətəndaş müraciəti daxil olub

02.06.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mayın 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 437 vətəndaş müraciəti daxil olub.

APA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Müraciətlərin 27 321-i çağrı mərkəzləri, 7 971-i elektron, 1 066-sı isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 079 müraciət qeydə alınıb.

Müraciətlər birinci sinfə qəbul, lisey və gimnaziyalara qəbul, əlavə təhsil, tələbələrin köçürülməsi, sertifikatlaşdırma imtahanı və digər məsələlərlə bağlı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью